Hz. Mövlana deyir: “Məni məndə demə, məndə deyiləm”¦ bir mən vardır məndən içəri”¦”x9d
Vahid Qazinin “Çöl Qala”x9d əsərindəki rəssam obrazını heç cür “mən”x9d adlandırmaq olmaz. O, hər kəsin, istisnasız olaraq hər kəsin”¦ öz aləmində olan “məndir”x9d.
O, olduğu kimi deyil, heç göründüyü kimi də deyil. Məhz, olmadığı və görünmədiyi kimidir. “Mən”x9ddən içəri olan və hər birimizdə olan, nə olduğumuz kimi, nə göründüyümüz kimi olan biridir.
Gizli tutduğumuz, şifrəsi uzaq və əlçatmaz diyarda qalan, fəqansız, bəyansız sızlayan, gizlilərinin çözülməyəcəyi”¦ “məndə bir mən vardır məndən içəri”¦”x9d
“Məndən içəri olan mən”x9d kədərlidir, tənhadır. Ürəyi illərin dolusudur. Saatlarla və sevə-sevə dinləyəcək birinə ehtiyacı var. Bir ömrün sözünü etməyə, əziz bir ömrü usanmadan dinləməyə möhtacdır.
Biz yerimizdə sabit dursaq da “mən”x9d bəzən başqa bir dünya kəşf edir. Olduğu və göründüyü kimi olduğu yerdən baş götürüb qaçır. İkiləşir. Olmadığı, görünmədiyi kimi olur. Orada aşiq olur, sevir, sevilir”¦ qısası, mövcud olur.
Həyat ehtiyacını ”“ həmsöhbətini tapır, doyunca danışır, doyunca dinləyir, bununla da yenidən doğulur. Məndən içəri olan mən dünyaya göz açır. Bu doğuluşunda səadətini tapır. Olduğu və göründüyü kimi olduğu yerdə heç vaxt tapmayacağı səadətini tapır.
Vahid Qazi “Çol Qala”x9d əsərində günümüzün, bəlkə də bütün zamanların insan mahiyyətinə aid ağrılı bir məqama toxunub; İnsan yalnızlığına. Öz evində, ailəsində, çevrəsində yalnız qalan insanın kədərli çırpıntılarına. Yaşadığı həyatın öz həyatı olmadığını dərk edən, günün birində əsil dünyasını kəşf edən, insan məyusluğuna. Və bütün yazıların son acı nöqtəsinə.
Kədərli olsa da, maraqlıdı, oxuyun.
Mehriban Vəzir




































































































