
Qəzanın təsiri ilə minik avtomobili yolun kənarındakı istinad divarına çırpılıb. Qəza zamanı avtomobildə sıxılan sürücü və sərnişinlər hadisə yerinə çağırılan “Təbii Fəlakət və Fövqəladə Vəziyyət”x9d idarəsinin xilasediciləri tərəfindən avtomobildən çıxarılıblar.

Qəza nəticəsində 3 nəfər hadisə yerində 2 nəfər isə çatdırıldıqları xəstəxanada dünyalarını dəyişiblər. daha 2 yaralının isə müalicəsi xəstəxanada davam edir. Ölənlərdən 3-nün azyaşlı uşaq olduğu bildirilir.































































































