Şərqi Pakistanda yeddi nəfəri uşaqlara qarşı cinsi zorakılıqda şübhəli bilərək həbs ediblər.
Pəncab əyalətinin baş naziri Şahbaz Şərif, məhkəmədə yüzlərlə uşaqlardan sui-istifadə edildiyini açıqlayıb.
Yerli medianın ANS PRESS-ə verdiyi məlumata görə, naməlum bir dəstə azyaşlı uşaqlara qarşı cinsi zorakılıq hərəkətlərini videolara çəkir və sonra həmin uşaqların valideynləri şantaja məruz qoyururlar.
Hadisə ilə bağlı etiraz Kasur şəhəri yaxınlığındakı kəndlərdən birində baş verib.

Zərər çəkən ailələrin etiraz aksiyası
Pəncab polisi 20-dən çox video ələ keçirib. Bununla bağlı 7 nəfər həbs olunub və daha bir neçə adamın həbs olunacağı gözlənilir.
İddia olunan qurbanların ailələri keçən həftə polisə şikayət ərizələri yazıblar. Polislə gərgin olan ailələr arasında yaşanan qarşıdurma nəticəsində bir neçə insanın yaralanmasına da səbəb olub.
Pəncabın uşaqların müdafiəsi bürosunun rəhbəri, Saba Sadiq, deyir ki, bu , "Pakistan tarixinin ən böyük uşaq qalmaqalı"dır.
Hesablamalara görə, əldə olunan videolara 14 yaşınadək 280-dən çox uşaq cəlb edilib.
Araşdırmalar göstərir ki, Pakistanda, xüsusən, kəndlərdə uşaqlara qarşı belə cinsi zorakılıq tez-tez müşahidə olunur. Pakistanda, 2014-cü ildə 3500 belə hal aşkar olunub ki, onun da 67%-I kəndlərə aiddir.




































































































