Avropada güclü meşə yanğınları başladı

Avropada güclü meşə yanğınları başladı

Hazırda oxunan: Avropada güclü meşə yanğınları başladı

83922

Fransa, Portuqaliya və İspaniyanın bir sıra bölgələrində şiddətli meşə yanğınları davam edir.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, Fransadnın Jironda departamentində yanğınlar artıq 7,5 min hektar meşəni məhv edib. 11 mindən çox insan təxliyə edilib. 

Yanğınla mübarizəyə 1000-ə yaxın yanğınsöndürən cəlb olunub. 

Yanğınların söndürülməsində aviasiya qüvvələri də iştirak edir.

Portuqaliyanın qərbində Leyriya bölgəsində yanğınsöndürənlər güclü külək səbəbindən sürətlə yayılan şiddətli meşə yanğınlarını nəzarət altına almağa çalışırlar. 

Bununla bağlı ölkədəki fövqəladə vəziyyət rejimi iyulun 17-dək uzadılıb.

Yanğınlar İspaniyanın cənub-qərbində son bir həftə ərzində təxminən 5500 hektar meşə sahəsini məhv edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO