Bayden Trampı günahlandırdı: “İşləmək istəmir”

Hazırda oxunan: Bayden Trampı günahlandırdı: “İşləmək istəmir”

7379

İnauqurasiyası 20 yanvar tarixində keçirilməsi planlaşdırılan ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden hazırkı ABŞ Prezidenti Donald Trampın birbaşa vəzifələrini yerinə yetirmədiyini söyləyib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı NBC News nəşri yayıb.

O, bu barədə tərəfdarları ilə yanvarın 4-də Corciya ştatında baş tutan görüşdə elan edib.

“Mən bilmirəm, nəyə görə işləmək istəmir”. Bayden Tramp haqda belə deyib.

Co Bayden əlavə edib ki, mövcud prezident koronavirus pandemiyası ilə mübarizə aparmaq əvəzinə seçki nəticələrinə meydan oxuyur.

Xatırladaq ki, Tramp hələ də prezident seçkilərindəki məğlubiyyətini etiraf etməyib. Seçki səsverməsinin rəsmi məlumatlarına görə, Bayden 306, Tramp 232 səs alıb.

Nəticələr 6 yanvarda Konqres tərəfindən təsdiqlənməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO