Fransanın Alp dağlarında qəzaya düşən təyyarədə ölənlərin axtarışları havanın qaralması səbəbilə dayandırılıb.
ANS PRESS-in məlumatına görə, Almaniyanın “Germanvinqs”x9d hava nəqliyyat şirkətinə məxsus “Airbus A320”x9d qəzası qurbanlarının axtarışlarına səhər erkəndən başlanılacaq. Bu barədə Fransa DİN-in mətbuat katibi Pyer Enri Brandeta məlumat verib.
Barselonadan Düsseldorf şəhərinə uçan təyyarədə 144 sərnişin və altı ekipaj üzvü olub və onlardan xilas olan yoxdur.
Ölkə prezidenti baş verən aviaqəzanı əsl faciə adlandırıb.
Sərnişinlərdən 45 nəfərin İspaniya vətəndaşı olduğu bildirilir.
Qeyd edək ki, "Airbus A 320" təyyarəsi Fransanın cənubunda qəzaya düşüb. Təyyarə ucuz bilet satan və "Lufthanza"nın alt markası olan "Germanvinqs" adlı hava yolu şirkətinə aiddir. Təyyarə 1991-ci ildə istehsal olunub.






































































































