BMT: İranın uşaqları edam etməsini qınayırıq

BMT: İranın uşaqları edam etməsini qınayırıq

Hazırda oxunan: BMT: İranın uşaqları edam etməsini qınayırıq

7130

Birləşmiş Millətlər Təşkilatı İranı uşaqları edam etməkdə ittiham edir. Təşkilatın İnsan Hüquqları Bürosu iranlı məhbus Məhəmməd Həsən Rezanın cümə axşamı edam edildiyini qeyd edib. 

Amnesty İnternational Məhəmməd Həsən Rezanın 2007-ci ildə qəsdən adam bıçaqlma ilə həbs edildiyi və ondan cinayətlə bağlı məcburi etirafın alındığını qeyd edir.

 

MÖVZU İLƏ BAĞLI:

İran hakimiyyətinin Ermənistan sevgisi – FOTOFAKT




Cinayəti işlədiyi vaxt Rezanın 16 yaşı tamam olmadığı bildirilir. Lakin yetkinlik yaşına çatmamasına rəğmən İran məhkəməsi Məhəmməd Rezanı edam cəzasına məhkum edir. 16 yaşında ölümə məhkum edilən Reza 12 idi ki, ölüm məhkumu olaraq həbsxanada saxlanılırdı. 

Birləşmiş Millətlər Təşkilatının təmsilçisi Mişel Bakelet verdiyi açıqlamada “Cinayət işlədiyi vaxt uşaq olan birinə edam cəzasının verilməsi, uşaqların törətdikləri cinayətlər üçün ölüm hökmünün tətbiq edilməsini tamamilə qadağandır və beynəlxalq insan hüquqları qanunlarını ciddi şəkildə pozur” deyə qeyd edib.

Rezanın edamı İranda son günlər beynəlxalq qınağa səbəb olan daha iki məşhur hadisəni də yenidən gündəmə gətirib.

Yaxın günlərdə İranda "korrupsiya" iddiasıyla bir jurnalist və işgəncə verilməsi iddialarına baxmayaraq qətldə ittiham olunan güləşçi edam olunmuşdu.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO