İrandan nüvə sazişi ilə bağlı AÇIQLAMA

İrandan nüvə sazişi ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: İrandan nüvə sazişi ilə bağlı AÇIQLAMA

68947

Vyana danışıqları zamanı kompromis əldə olunarsa, Amerika tərəfi nüvə sazişindən çıxmayacağına zəmanət verməlidir.

Bizim.Media yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə İran parlamentinin prezidentə ünvanlanmış müraciətində deyilir.

Vurğulanır ki, danışıqlarda ABŞ nüvə sazişindən çıxmayacağına dair hüquqi zəmanət verməlidir və bu ABŞ-ın əsas hökumət qurumları tərəfindən təsdiqlənməlidir.

Müraciət 250 millət vəkili tərəfindən imzalanıb.

Xatırladaq ki, Vyanada İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planını ilkin formada bərpa etmək, ABŞ-ı bu çoxtərəfli razılaşmaya qaytarmaq məqsədi ilə aparılan və səkkiz raunddan ibarət olan danışıqlardan sonra martın 11-də xarici amillərlə bağlı fasilə elan olunub.

Bundan əvvəl Vyana danışıqları yekunlaşmağa çox yaxın və fevralın sonuna qədər başa çatmalı idi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO