
- A-
- A
- A+
Dünya
15:30 / 23.04.2023
1 dəq oxunma
Baltikyanı ölkələr Çinin Parisdəki səfirinin bəyanatına etiraz ediblər
Hazırda oxunan: Baltikyanı ölkələr Çinin Parisdəki səfirinin bəyanatına etiraz ediblər
628284
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Litva, Latviya və Estoniya Çinin Fransadakı səfiri Liu Şayenin bəyanatları ilə bağlı aydınlıq gətirmək üçün öz ölkələrindəki Çin diplomatik nümayəndələrini çağırmaq barədə razılaşdırılmış qərar qəbul ediblər.
Bu barədə bazar günü BNS agentliyi məlumat yayıb.
Litva Xarici İşlər Nazirliyinin sözçüsü Paulina Levickite deyib: "Çin nümayəndələrini bazar ertəsi çağırmaq üçün razılaşdırılmış qərar qəbul edilib".
Qeyd edək ki, cümə günü Fransanın LCI kanalı öz Twitter səhifəsində Krımın statusunu şərh edən Liu Şaye ilə müsahibədən sitat yayıb: “Hətta keçmiş SSRİ ölkələrinin beynəlxalq hüquqa görə faktiki statusu yoxdur, çünki onların suveren dövlət statusunu müəyyən edən heç bir beynəlxalq müqavilə yoxdur”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən































































































