Tarakanlar ABŞ hərbçilərini yeməksiz qoydu – FOTO

Tarakanlar ABŞ hərbçilərini yeməksiz qoydu – FOTO

Hazırda oxunan: Tarakanlar ABŞ hərbçilərini yeməksiz qoydu – FOTO
627182
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-ın Texas ştatındakı ən böyük hərbi bazalarından biri olan "Fort Hud"da (Fort Hood) yerləşən yeməkxana tarakanların çoxalması səbəbindən bağlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə “ABC News” telekanalı məlumat yayıb.
Bildirilib ki, bu, bazada xidmət edən hərbçilərin lazımi qida xidmətindən məhrum olmasına səbəb olub.

Məlumata görə, təxminən 34 000 hərbi qulluqçudan ibarət 1-ci Süvari Diviziyasının yerləşdiyi bazadakı yeməkxana problem tam həll olunana qədər açılmayacaq.
 

Yeməkxananın bağlanması hərbi qulluqçuların həyatını çətinləşdirib. Belə ki, fəaliyyətini davam etdirən digər iaşə obyektləri məhdudlaşdırılmış qrafiklə işləyir, bazanın geniş ərazisi nəzərə alındıqda isə onlara çatmaq heç də asan deyil.


Telekanal qeyd edir ki, Amerika ordusunda bu cür hadisələrin baş verməsi ilk dəfə deyil. Hərbçilər müntəzəm olaraq kif, az bişmiş yemək və yeməkxanalardakı antisanitar şəraitdən şikayətlənirlər.

Tarakanlar ABŞ hərbçilərini yeməksiz qoydu – FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO