Madyara vağzalda tüpürdülər – Yenə mühafizəsini gücləndirmir

Madyara vağzalda tüpürdülər – Yenə mühafizəsini gücləndirmir

Hazırda oxunan: Madyara vağzalda tüpürdülər – Yenə mühafizəsini gücləndirmir

627118

Macarıstanın Baş naziri Peter Madyar yoldan keçən birinin onun pencəyinə tüpürməsi insidentindən sonra şəxsi mühafizəsini gücləndirmək niyyətində olmadığını bildirib.

Bizim.Media xəbər verir ki, siyasətçi bu barədə "facebook" səhifəsində yazıb.
 

"Mən bundan sonra da mənim üçün gücləndirilmiş mühafizənin ayrılmasını xahiş etməyəcəyəm. Mən insanların arasında insan olaraq qalmaq istəyirəm", - deyə Madyar qeyd edib.


Qeyd edək ki, hadisə iyulun 22-də Budapeşt vağzalında baş verib. Madyar bura dəmir yolu şəbəkəsinin modernləşdirilməsi planının təqdimatı üçün nəqliyyat və investisiya naziri ilə birlikdə gəlibmiş.

Onlar sərnişin platformasında gedərkən orada olanlardan biri arxadan yaxınlaşaraq Baş nazirə tüpürüb. Mühafizə dərhal müdaxilə edərək qanun pozucusunu uzaqlaşdırıb, lakin Madyar cinayət işinin açılmasını tələb etməyib. Bununla belə, o, hadisəyə görə məsuliyyəti əvvəlki Baş nazir Viktor Orbanın kabinetinin apardığı təbliğatın üzərinə qoyub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO