Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə SATILDI - FOTO

Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə SATILDI - FOTO

Hazırda oxunan: Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə SATILDI - FOTO
618294
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mərhum Uels şahzadəsi Diananın məşhur "qisas paltarı" (The Revenge Dress) ilə tədbirə qatıldığı avtomobil hərracda 66 min 250 funt sterlinqə satılıb.

Bizim.Media BBC-yə istinadla xəbər verir ki, 1994-cü ilin iyun ayında Şahzadə Diana ozamankı həyat yoldaşı Şahzadə Çarlzın televiziya müsahibəsində Kamilla Parker-Boulzla münasibətini etiraf etməsindən bir neçə saat sonra Londonda keçirilən tədbirə qatılmışdı.

Diana həmin tədbirə qara rəngli, çiyinləri açıq zərif paltarda gəlmiş və avtomobildən enərkən çəkilən görüntülər dünya mediasında geniş rezonans doğurmuşdu.
 

Həmin gün Diananı tədbirə aparan “Jaguar XJ40” markalı avtomobil 30 ildən artıq müddətdən sonra Cənubi Oksfordşirdə keçirilən hərracda satılıb. Hərracı təşkil edən “The Market” şirkətinin məlumatına görə, avtomobil Böyük Britaniyadan olan kolleksiyaçı tərəfindən alınıb.


Bildirilib ki, satış qiyməti avtomobilin ilkin dəyərindən 16 dəfə yüksək olub və bu, “Jaguar XJ” modeli üçün yeni rekord hesab edilir.

Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə SATILDI - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO