Tramp 37 dəfə İranla razılaşmaya yaxın olduqlarını AÇIQLAYIB

Tramp 37 dəfə İranla razılaşmaya yaxın olduqlarını AÇIQLAYIB

Hazırda oxunan: Tramp 37 dəfə İranla razılaşmaya yaxın olduqlarını AÇIQLAYIB

618134

ABŞ Prezidenti Donald Tramp azı 37 dəfə rəsmi Vaşinqtonla Tehran arasında tezliklə sülh və ya nüvə sazişinin bağlanacağını kütləvi şəkildə bəyan edib.

Bizim.Media xəbər verir ki, bu barədə hesablamaları Amerikanın CNN telekanalı təqdim edib.

Telekanalın məlumatına görə, bu tipli bəyanatlar prezidentin sosial şəbəkə hesablarında, kütləvi çıxışlarında və media üçün şərhlərində səsləndirilib.

Həmin çıxışlarda Tramp ya sazişin çox yaxın olduğunu iddia edib, ya da İranın bu müqaviləni bağlamaqda maraqlı olduğunu vurğulayıb.

CNN qeyd edir ki, ABŞ lideri tərəfindən bu qəbildən olan ilk bəyanat ötən ilin martın 23-də səsləndirilib. Sonuncu oxşar bəyanat isə iyunun 8-də — İran və İsrail arasında gərginliyin növbəti dəfə artması və ardınca atəşkəsin əldə olunması fonunda baş tutub. Belə ki, Tramp seçiciləri qarşısında çıxışı zamanı ABŞ-ın iki həftə ərzində İrana qarşı "tam qələbə" elan edəcəyini və yekun sazişin əldə olunacağını iddia edib.


Telekanal bu cür bəyanatların reallığı əks etdirməsini şübhə altına alıb. Analitiklərin fikrincə, Ağ Ev rəhbərinin tez-tez "saziş hazırdır" mesajı verməsi maliyyə və neft bazarlarına təsir göstərmək cəhdləri və ya mövcud hərbi-diplomatik vəziyyəti həddindən artıq nikbin qiymətləndirməsi ilə bağlı ola bilər.

Xatırladaq ki, ABŞ və İran arasında vasitəçilər yolu ilə sülh sazişi ətrafında bir neçə mərhələli danışıqlar aparılsa da, Vaşinqton və Tehran arasında hələlik rəsmi və yekun sənəd imzalanmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO