Vens etiraf etdi: Aralıq seçkiləri respublikaçılar üçün ağır keçəcək

Vens etiraf etdi: Aralıq seçkiləri respublikaçılar üçün ağır keçəcək

Hazırda oxunan: Vens etiraf etdi: Aralıq seçkiləri respublikaçılar üçün ağır keçəcək

618115

ABŞ-ın vitse-prezidenti Ceyms Devid (Cey Di) Vens bəyan edib ki, qarşıdan gələn aralıq seçkiləri ənənəvi olaraq hakimiyyətdə olan partiya üçün çətin sınaqdır və bu proses respublikaçılar üçün əlverişsiz nəticələnə bilər.

Bizim.Media xəbər verir ki, "Fox News" telekanalına müsahibə verən vitse-prezident qeyd edib ki, tarib boyu hakim partiyalar, ölkədəki vəziyyət sabit qalsa belə, aralıq seçkilərində mövqelərini itirmək təhlükəsi ilə üzləşirlər.

Buna baxmayaraq, Vens Prezident Donald Trampın əsas seçki vədlərini yerinə yetirməsi sayəsində respublikaçıların seçici dəstəyini qoruyub saxlamaq şansının yüksək olduğunu vurğulayıb. O, həmçinin demokratları tənqid edərək, müxalifətin amerikalıların etimadını qazana biləcək güclü namizədlər irəli sürə bilmədiyini iddia edib.
 

Müsahibə zamanı Cey Di Vens xarici siyasət məsələlərinə də toxunub. O diqqətə çatdırıb ki, Vaşinqton, İsrailin mövqeyindən asılı olmayaraq, İranın nüvə proqramı ətrafındakı problemlərin nizamlanması da daxil olmaqla, Tehranla saziş əldə olunmasına çalışacaq.


Vitse-prezidentin sözlərinə görə, mümkün sazişin uğurlu olmasının əsas meyarı sənədin kağız üzərindəki bəndləri deyil, Tehranın öz üzərinə götürdüyü öhdəlikləri faktiki olaraq necə yerinə yetirməsi olacaq.

Məlumat üçün: ABŞ-da Konqresə aralıq seçkiləri cari ilin noyabrın 3-də keçiriləcək. Amerikalılar Nümayəndələr Palatasının tam tərkibini və Senatın üçdə birini yenidən seçəcəklər. Hazırda Konqresin hər iki palatası respublikaçıların nəzarətindədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO