Çin Tayvana qarşı dəniz əməliyyatına başladı

Çin Tayvana qarşı dəniz əməliyyatına başladı

Hazırda oxunan: Çin Tayvana qarşı dəniz əməliyyatına başladı
617679
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Çin Nəqliyyat Nazirliyi Tayvan adasının şərq sularında dəniz hərəkətinə nəzarət məqsədilə xüsusi hüquq-mühafizə əməliyyatının başladığını elan edib.

Bizim.Media xəbər verir ki, bu barədə Çinin "Sinxua" agentliyi məlumat yayıb.

Əməliyyatın məqsədi Çinin dəniz hüququ üzrə yurisdiksiyasını həyata keçirmək, gəmilərin hərəkətinə nəzarət etmək və onların təhlükəsizliyini təmin etməkdir. Bu addım Yaponiya və Filippinin Tayvan adasının şərqində "dəniz sərhədləri üzrə danışıqlara" başladıqlarını elan etməsinə cavab olaraq atılıb. Rəsmi Pekin hesab edir ki, bu danışıqlar Çinin ərazi suverenliyini və dəniz hüquqlarını ciddi şəkildə pozur.
 

Qeyd edək ki, Pekin Tayvanı öz əyaləti hesab edir. Çin rəsmilərinin fikrincə, adanın materik Çininə aid olması 1943-cü ildə Qahirə konfransının yekunlarına əsasən qəbul edilmiş bəyannamə ilə şərtləndirilir. Çin XİN mütəmadi olaraq digər ölkələri Çinin daxili işlərinə qarışmaqdan çəkinməyə çağırır və bu növ addımlara sərt cavab veriləcəyi ilə bağlı xəbərdarlıq edir.


Sözügedən xüsusi missiyaya Çinin Futszyan və Quandun əyalətlərinin Dəniz Təhlükəsizliyi İdarələri, həmçinin Şərqi Çin Dənizinin Xilasetmə İdarəsi və Gəmiçiliyin Təminatı Mərkəzi cəlb olunub.

Tayvanın Sahil Mühafizəsi Administrasiyası isə cavab bəyanatında Çinin Tayvanın şərq sularında suverenlik hüquqlarına malik olmadığını və bu addımın beynəlxalq hüququ pozduğunu bildirib. Tayvan tərəfi "müvafiq reaksiya vermək üçün" əraziyə 5 sahil mühafizə gəmisi və bir patrul kateri göndərib. Tayvan mediasının məlumatına görə, Çinin 4 sahil mühafizə gəmisi Syamen limanından çıxsa da, hələlik Tayvan sularına daxil olmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO