İranda zəlzələ baş verdi

İranda zəlzələ baş verdi

Hazırda oxunan: İranda zəlzələ baş verdi

615005

İranın şimalında 5,1 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri 255 min nəfərin yaşadığı Sari şəhərindən 161 km şimal-şərqdə, 244 min nəfər əhalisi olan Qorqan şəhərindən isə 56 km şimalda qeydə alınıb. Zəlzələ ocağı 40 km dərinlikdə yerləşib.

Həlak olanlar və dağıntılar barədə məlumat verilmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO