Lixtenşteyn sakinləri referendumda kazinoların qadağan edilməsi təşəbbüsünü rədd ediblər

Lixtenşteyn sakinləri referendumda kazinoların qadağan edilməsi təşəbbüsünü rədd ediblər

Hazırda oxunan: Lixtenşteyn sakinləri referendumda kazinoların qadağan edilməsi təşəbbüsünü rədd ediblər

591379

Lixtenşteyn Knyazlığının vətəndaşları bazar günü keçirilən referendumda ölkədə kazinoların qadağan edilməsi ilə bağlı ictimai təşəbbüsü rədd ediblər.

Hökumətin saytında yer alan məlumata görə, səslərin 73,3 faizi təklifin əleyhinə olub.

Səsvermənin nəticələrindən məlum olur ki, kazinoların qadağan edilməsi təklifi ölkənin 11 bələdiyyəsinin heç birində dəstək almayıb. Seçici fəallığı 70 faiz olub.

Ümumilikdə, hazırda təxminən 40 min əhalisi olan Lixtenşteyn Knyazlığında altı kazino fəaliyyət göstərir. Onların hamısı 2017-ci ildə açılıb. Bu müəssisələr təkcə Lixtenşteyndən deyil, həm də qonşu İsveçrə, Avstriya və Almaniyadan müştəriləri cəlb edir. Hökumət belə bir hərəkəti həddindən artıq radikal hesab edərək, seçiciləri kazino qadağasının əleyhinə referendumda səs verməyə çağırıb. (apa)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO