Mixail Fyodorov Ukraynanın yeni müdafiə naziri təyin edildi

Mixail Fyodorov Ukraynanın yeni müdafiə naziri təyin edildi

Hazırda oxunan: Mixail Fyodorov Ukraynanın yeni müdafiə naziri təyin edildi
590736
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukraynanın Ali Radası Mixail Fyodorovu Ukraynanın müdafiə naziri vəzifəsinə təyin edib.

Bizim.Media xəbər verir ki, bu barədə UNİAN nəşri yazıb.

Müvafiq 14377 saylı qərar layihəsinin lehinə 277 xalq deputatı səs verib.
 

Xəbər verildiyi kimi, yanvarın 2-də Ukrayna prezidenti Volodimir Zelenski Rəqəmsal Transformasiya Nazirliyinin rəhbəri Mixail Fyodorova Ukraynanın yeni müdafiə naziri olmağı təklif etmişdi.


Zelenski vurğulamışdı ki, Fyodorov “dron xətti” layihəsi ilə dərindən məşğuldur və dövlət xidmətlərinin rəqəmsallaşdırılması sahəsində çox səmərəli fəaliyyət göstərir. Prezident Fyodorovla görüş keçirərək müdafiənin modernləşdirilməsi məsələlərini müzakirə edib.

Bloomberg nəşri qeyd edirdi ki, Zelenskinin Fyodorovu müdafiə naziri vəzifəsinə irəli sürməsi dron texnologiyalarının inkişafına yönəlmiş strateji addımdır.
 

Bundan əlavə, Fyodorovun təyinatı Ukrayna Müdafiə Nazirliyinin fəaliyyətində diqqətin texnoloji müharibəyə yönəlməsi deməkdir. Bu isə pilotsuz uçuş aparatlarının istehsalının genişləndirilməsi, yeni texnoloji işləmələrin daha sürətli tətbiqi, özəl istehsalçılar və startaplarla daha sıx əməkdaşlıq, eləcə də rəqəmsal həllərin birbaşa döyüş proseslərinə inteqrasiyasını nəzərdə tutur.


Xatırladaq ki, bu gün – 13 yanvar tarixində Ukraynanın Ali Radası Mixail Fyodorovu Ukrayna baş nazirinin birinci müavini – rəqəmsal transformasiya naziri vəzifəsindən azad edib. Bu qərarı 270 xalq deputatı dəstəkləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO