SON DƏQİQƏ! ABŞ Venesuelada əməliyyatlara başladı – FOTO

SON DƏQİQƏ! ABŞ Venesuelada əməliyyatlara başladı – FOTO

Hazırda oxunan: SON DƏQİQƏ! ABŞ Venesuelada əməliyyatlara başladı – FOTO
580512
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-ın müharibə naziri Pit Heqset Venesuelada “Cənub nizəsi” adlı əməliyyatın başlandığını elan edib.

Bizim.Media xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında məlumat verib.

Nazir bildirib ki, Prezident Donald Trampın göstərişi ilə tədbirlər görülməyə başlayıb və Müdafiə Nazirliyi tapşırığı icra edir:
 

“Bu gün mən “Cənub nizəsi” əməliyyatını elan edirəm. Birləşmiş ‘Cənub nizəsi’ Əməliyyat Qrupu və Cənub Komandanlığının rəhbərliyi altında bu missiya vətənimizi qorumağı, narkoterrorçu qrupları yarımkürəmizdən təmizləməyi və xalqımızı öldürən narkotiklərin ölkəmizə daxil olmasının qarşısını almağı hədəfləyir. Qərb yarımkürəsi Amerikanın bölgəsidir və biz onu müdafiə edəcəyik”, – Heqset qeyd edib.


Xatırladaq ki, son həftələrdə ABŞ donanması Karib dənizində aktivliyini artırıb, bölgəyə yeddi hərbi gəmi, o cümlədən idarəolunan raketlərlə təchiz edilmiş esmines göndərilib. Bundan əlavə, ABŞ ordusu tərəfindən narkotik daşıyan gəmilərə mütəmadi olaraq raket zərbələri endirilir.

SON DƏQİQƏ! ABŞ Venesuelada əməliyyatlara başladı – FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO