Əfqanıstan ABŞ-la razılığa gəldi

Əfqanıstan ABŞ-la razılığa gəldi

Hazırda oxunan: Əfqanıstan ABŞ-la razılığa gəldi

56779
Əfqanıstanın yeni hökuməti ilə ABŞ arasında təhlükəsizlik sazişi imzalanıb.

ANS PRESS-in məlumatına görə, bu saziş dekabrın 31-də beynəlxalq qüvvələrin missiyasının başa çatmasından sonra 12 min əsgərdən ibarət xarici qüvvənin ölkədə qalmasına imkan verəcək. Xarici qüvvələri 10 min ABŞ və 2 min NATO əsgəri təşkil edəcək.

Sənəd Əfqanıstanın milli təhlükəsizlik üzrə müşaviri Hənif Atmar və ABŞ-ın Kabildəki səfiri Ceyms Kunninqham tərəfindən imzalanıb.

ABŞ səfiri sazişin Əfqanıstan xalqının yeni hökumət vasitəsi ilə seçimi olduğunu deyib.

Əfqanıstanın sabiq prezidenti Həmid Karzayi 2001-ci ildən Talibana qarşı əməliyyatlar zamanı mülki əhalinin itkisinə görə sazişin əleyhinə çıxırdı.

Taliban isə hücumlarına ara vermir. Dünən Kabildə kamikadze hücumu nəticəsində 6 adam həlak olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO