"Mario" qasırğası paytaxtda həyatı iflic etdi

Hazırda oxunan: "Mario" qasırğası paytaxtda həyatı iflic etdi

55664
Filippinin paytaxtı Manilada daşqın həyatı iflic edib. Daşqına «Mario» tropik qasırğasını müşayiət edən leysan yağış səbəb olub. 

Paytaxt küçələrini su basıb, nəqliyyat vasitələri və sərnişinlər yollarda qalıb. Məktəblər bağlanıb, Manila hava limanında daxili və beynəlxalq aviareyslər təxirə salınıb. 

Manila şəhəri ilə yanaşı, bir neçə qonşu əyalətlərdə də daşqınlar baş verib. 

Hazırda «Mario» tropik qasırğası Filippinin şimal-şərqinə doğru hərəkət edir və hər ötən saat güclənməyə davam edir. Ölkənin şimal-şərqində də leysan və daşqınlar proqnozlaşdırılıb.(ans)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO