Avropa İttifaqı anlamaq istəyir: “Rusiya Qazaxıstanda nə edir?”

Avropa İttifaqı anlamaq istəyir: “Rusiya Qazaxıstanda nə edir?”

Hazırda oxunan: Avropa İttifaqı anlamaq istəyir: “Rusiya Qazaxıstanda nə edir?”

54602

“Avropa İttifaqı Qazaxıstanda baş verən hadisələrə reaksiya vermək niyyətindədir. Mümkün addımlar tezliklə Aİ ölkələrinin xarici işlər nazirləri tərəfindən müzakirə olunacaq”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Fransa Xarici İşlər Nazirliyinin dövlət katibi Klement Bon səsləndirib.

Onun sözlərinə görə, Qazaxıstanda maye qazın bahalaşmasına etiraz edən xalqın sıxışdırılmasının mümkünsüzlüyündən danışılacaq.

"Yaxın bir neçə gün ərzində xarici işlər nazirləri bu məsələləri müzakirə etmək üçün danışıqlar aparacaqlar. Siz bahalaşmaya etiraz edən və ölkənin demokratikləşməsini tələb edən xalqı əzə bilməzsiniz". Bon "CNews" telekanalının efirində belə deyib.
O, hesab edir ki, Avropa ölkələri “Qazaxıstanda nə baş verdiyini, o cümlədən Rusiyanın orada nə etdiyini” başa düşməlidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO