İŞİD üzvü olan azərbaycanlıdan şok çağırış...  - VİDEO

İŞİD üzvü olan azərbaycanlıdan şok çağırış... - VİDEO

Hazırda oxunan: İŞİD üzvü olan azərbaycanlıdan şok çağırış... - VİDEO

49208
İraq Şam İslam Ordusu (İŞİD) qruplaşması tərkibində döyüşən azərbaycanlıların daha bir videosu yayılıb.
Publika.az mücahidlərin saytına istinadən xəbər verir ki, dünən sosial şəbəkələrdə yayılan videoda İŞİD üzvü olan azərbaycanlı tankın üzərində oturaraq müsəlmanlara çağırış edir: “Allah bu iki tankı bizə hədiyyə etdi. Bu yaxınlarda bu tanklarla iki kəndi almışıq. Burda qardaşlara ehtiyac var. Gəlin cihad edin, burda Allahın rəhməti var, Allah bütün nemətləri bizə verib. Allahın rəsulu necə hicrət etdisə, siz də hicrət edin. Kafirlərin içində oturmayın. Küfrdən, şirk əhlindən uzaqlaşın. Aldığımız yerlər boşdur, qardaşlara ehtiyac var. Təkcə savaşmaq deyil. Hansısa qardaş yemək bişirə bilər, hansısa qardaş elektrik işini bilər, hansısa qardaş tank sürə bilər. Silahları təmizləyər. Qardaşlar, hicrətdə bərəkət var. Bu gözəl Şam torpaqlarına hicrət edin. Siz hicrət edin, Allah bütün qapıları açacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO