Kanar adalarında vulkan püskürdü – İnsanlar təxliyə edilir

Kanar adalarında vulkan püskürdü – İnsanlar təxliyə edilir

Hazırda oxunan: Kanar adalarında vulkan püskürdü – İnsanlar təxliyə edilir
37694
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İspaniyanın Kanar arxipelaqına daxil olan Palma adasında (Atlantik okeanı) Palma adasında vulkan püskürməsi başlayıb.

Bizim.Media Associated Press agentliyinə istinadla xəbər verir ki, adanın Kumbre-Vyexa vulkan silsiləsindəki nöqtələrdən birində qara və ağ tüstü müşahidə edilir.

85 minədək insanın yaşadığı adada son günlər seysmoloji aktivlik güclənib, təxminən bir həftə boyu yüzlərlə aşağı maqnitudalı zəlzələlər qeydə alınıb.

Hakimiyyət orqanları ehtiyat tədbirləri qismində episentrə yaxın ərazidəki kəndlərdən kiçik mobil qrupların təxliyəsinə başlayıb.

Təcili xidmətlər lazım gəldiyi təqdirdə minədək insanı təxliyə etməyə hazır olmaq tapşırığı alıb.

Adada təhlükə səviyyəsi sarıdan narıncıya qaldırılıb, regional yollar bağlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO