Fransanın “Le Monde” qəzeti Kəlbəcər rayonunun Azərbaycana qaytarılması barədə yazıb.
Bizim.Media-nın məlumatına görə yazıda Azərbaycan Ordusunun oktyabrın 24-dən 25-nə keçən gecə Kəlbəcər üzərində nəzarəti ələ keçirdiyi qeyd edilib.
Məqalədə vurğulanıb ki, Kəlbəcər rayonu bu günə qədər, 20 noyabrda qaytarılan Ağdam və dekabrın 1-nə qədər təhvil verilməli olan Laçın kimi Dağlıq-Qarabağ ətrafında bufer zona rolunu oynayıb. Digər 4 rayon isə Azərbacan tərəfindən hərbi yolla geri qaytarılıb.
Yazıda həmçinin “France-Presse” agentliyinin (AFP) jurnalistlərinin Kəlbəcərdə buranı tərk edən ermənilərin evləri yandırdıqlarının, ağacları qırdıqlarının, elektrik xəttlərini sökərək özləri ilə aparmalarının, hətta su elektrik bəndinin hissələrini yük maşınına yükləyərək aparmaqlarının şahidi olduğu deyilir.
Bununla yanaşı, yazıda birinci Qarabağ müharibəsinin sonlarında, 1994-cü ildə azərbaycanlı əhalinin öz yaşadıqları əraziləri tərk etmək məcburiyyətində qaldıqları vurğulanır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:37 / 25.11.2020
“Le Monde” Kəlbəcərdən yazdı
Hazırda oxunan: “Le Monde” Kəlbəcərdən yazdı
Hazırda oxunan: “Le Monde” Kəlbəcərdən yazdı
3477
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.