Əfqan qaçqınlarına yüz milyon avro AYRILDI

Əfqan qaçqınlarına yüz milyon avro AYRILDI

Hazırda oxunan: Əfqan qaçqınlarına yüz milyon avro AYRILDI

33922

Almaniya Əfqanıstanla qonşu ölkələrdə məskunlaşan əfqan qaçqınlarına kömək məqsədilə beynəlxalq təşkilatlara 100 milyon avro təcili maliyyə yardımı ayırıb. 

Bizim.Media xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Heiko Maas keçirdiyi mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, Berlin Əfqanıstanın qonşu dövlətləri ilə bununla bağlı artıq danışıqlara başlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Əfqanıstanın qorxulu yuxusu – TALİBAN ideologiyasının əsasını nə təşkil edir?


Danışıqlar Özbəkistan, Pakistan, Tacikistan və Hindistan xarici siyasət idarələrinin rəhbərləri ilə aparılır. 

Razılığa əsasən, sərhədi keçən və Almaniyaya göndərilmək üçün Əfqanıstanla qonşu ölkələrdə müvəqqəti sığınacaq alan qaçqınlar bu yardımdan yararlana biləcəklər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO