Avropa Komissiyasının rəhbəri Belarusla sərhədə gəldi

Avropa Komissiyasının rəhbəri Belarusla sərhədə gəldi

Hazırda oxunan: Avropa Komissiyasının rəhbəri Belarusla sərhədə gəldi
268029
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Polşanın Baş naziri Donald Tusk və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Polşa-Belarus sərhədi yaxınlığında birgə brifinq keçiriblər.

Bizim.Media bu barədə "Bloomberg" nəşrinə istinadən xəbər verir.

Tusk bildirib ki, yaxınlıqda Belarus qoşunlarının olması barədə xəbərdarlıqlara baxmayaraq, AK rəhbəri mətbuat konfransını ləğv etməkdən və ya təxirə salmaqdan imtina edib.

Fon der Lyayen Aİ-nin şərq cinahına səfəri çərçivəsində Polşaya səfər edib. Avropa Komissiyasının rəhbəri brifinq zamanı bildirib ki, Aİ-nin müdafiə sənayesinə investisiyaların 150 milyard avro (Security Action for Europe, SAFE) sürətləndirilməsi planı ən böyük faydanı Polşaya gətirəcək.

Polşa Belarusla sərhəd müdafiəsini gücləndirərək, təxminən 400 km-ə qədər uzanan sərhədin mühafizəsi üçün 13 minə yaxın əsgər göndərib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO