Binadan düşən uşağı havada tutdu - VİDEO

Binadan düşən uşağı havada tutdu - VİDEO

Hazırda oxunan: Binadan düşən uşağı havada tutdu - VİDEO

256415
Çində bir binada baş verən yanğın zamanı qorxu dolu anlar yaşanıb. Yanğında anasının əlindən çıxan azyaşlı binadan düşmək üzrə ikən köməyə çatan gənc uşağı havada tutub.xa0

Moderator.az xəbər verir ki, binanın dəhlizinə yayılan yanğın zamanı ana və körpəsi bayıra çıxa bilməyib və pəncərənin kənarında oturaraq xilas edilməyi gözləyib.xa0

Bu zaman binadan çıxan tüstünü və qucağında uşaq olan qadını görənlər dərhal köməyə qaçıblar. Şahidlərdən birinin qeydə aldığı görüntülərdə köməyə gələnlərin binanın girişindəki yük maşınının üzərinə çıxdıqları və ana ilə körpəsini xilas etməyə çalışdıqları görünüb.

Daha sonra qadın uşağı üst geyimindən tutaraq aşağı salmaq istəyib, ancaq uşaq qadının əlindən çıxıb. Binanın eyvanında qadına kömək etməyə çalışan bir gənc isə uşağı havada tutaraq yerə düşməsinə əngəl olub.xa0

Qeyd edək ki, qorxunc hadisədə yanğının söndürüldüyü və kimsənin yaralanmadığı bildirilib.xa0

Kamranxa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO