Putin niyə smartfon işlətmir? 
 - Peskov açıqladı

Putin niyə smartfon işlətmir? - Peskov açıqladı

Hazırda oxunan: Putin niyə smartfon işlətmir? - Peskov açıqladı

254931
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkə başçısının smartfon telefonunun olmadığını bildirib.

Smartfon tam şəffaflığı təmin edir, bu səbəbdən də dövlət başçısı onu işlədə bilməz.

“Bəs Vladimir Putin telefonsuz necə keçinir” sualına cavab olaraq Peskov “çox gözəl” cavabını verib:

“Bəs daha əvvəl necə telefonsuz keçinirdilər? Həqiqətən də, dövlət başçısı smartfona sahib ola bilməz. Çünki bu, insanın tam şəffaflıqla razılaşması anlamına gəlir”.

Peskov əlavə edib ki, Putin informasiyanı qəzet və jurnallar, həmçinin internetlə əldə edir. (Qafqazinfo)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO