Miqrantların olduğu gəmi batdı, 74 nəfər öldü

Miqrantların olduğu gəmi batdı, 74 nəfər öldü

Hazırda oxunan: Miqrantların olduğu gəmi batdı, 74 nəfər öldü

2544

Liviya sahillərində miqrantların olduğu gəmi batıb, nəticədə azı 74 nəfər ölüb.

Bizim.Media xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb.

Hadisə Homs liman şəhəri yaxınlığında baş verib. Ümumilikdə gəmidə 120-dən çox adam olub. Onlardan 47-si sahil mühafizəsi və yerli balıqçılar tərəfindən sudan çıxarılıb. Xilasedicilər bu saatlaradək 31 nəfərin cəsədini tapıblar, qalanlarının axtarışı davam edir.

Təşkilat qeyd edir ki, təkcə bu il Avropa sahillərinə çıxmağa cəhd edən azı 900 nəfər Aralıq dənizində boğulub. Liviyanı tərk etməyə çalışan 11 mindən çox insan yenidən ölkəyə qaytarılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO