Qəzza sektorunda İsrail hərbçiləri ilə toqquşmalarda xəsarət alan fələstinlilərin sayı 100 nəfəri ötüb.
Bu barədə Fələstinin Qırmızı Aypara Cəmiyyətinin mətbuat xidmətinin nümayəndəsi Erab əl-Fukah məlumat yayıb.
"İsrailin hərbi qulluqçuları ilə toqquşmalarda yaralananların sayı 101 nəfərdir", - deyə Erab əl-Fukah bildirib.
Onun sözlərinə görə, 14 döyüş gülləsindən, 7 nəfər rezin gülləsindən, 11 nəfər qaz bombası zərbəsindən, digərləri qazdan xəsarət alıblar.
Daha əvvəl 12 nəfərin yaralandığı bildirilirdi.
***
Qəzza zolağında İsrail hərbçilərilə toqquşmalarda azı 12 fələstinli xəsarət alıb.
Bu barədə Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kidrə məlumat verib.xa0
Onun sözlərinə görə, bir uşaq güllə yarası alıb, vəziyyəti ağır olaraq qiymətləndirilir.xa0

































































































