İsrail ordusunun Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 23-ə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Al Masirah" telekanalı məlumat yayıb.
Mənbə qeyd edir ki, hava zərbələri əsasən Xan Yunis və Rafah şəhərlərinin şimalına endirilib.
"Al Jazeera" telekanalının məlumatına görə, İsrail ordusu Rafah şəhəri yaxınlığında təcili yardım maşınına hücum edib.
İsrail tankları Rafah bölgəsində intensiv atəş açıb, artilleriya isə Mərkəzi Qəzzadakı Nuseyrat və əl-Bureyc qaçqın düşərgələrini hədəfə alıb.
Bizim.Media