Ankara və Vaşinqton sanksiyalarla bağlı ilkin razılaşma əldə etdi

Ankara və Vaşinqton sanksiyalarla bağlı ilkin razılaşma əldə etdi

Hazırda oxunan: Ankara və Vaşinqton sanksiyalarla bağlı ilkin razılaşma əldə etdi

235528
Türkiyə və ABŞ Amerikanın ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soyluya qarşı tətbiq etdiyi sanksiyalarla bağlı ilkin razılaşma əldə edib.

Ankara və Vaşinqton iki ölkə arasında yaranmış problemi birlikdə həll etməyə hazır olduqlarını ifadə edib.

Bununla yanaşı məlum olub ki, türkiyəli məmurlar nazirlərlə bağlı sanksiyaları müzakirə etmək üçün yaxın günlərdə Vaşinqtona səfər edəcəklər.

Avqustun 1-i ABŞ-ın Maliyyə Nazirliyi Ankaranın amerikalı keşiş Endryu Bransonu vətəninə təhvil verməməsi səbəbindən Türkiyənin iki nazirinə qarşı məhdudlaşdırıcı tədbirlər görüb. Sonradan Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Vaşinqtonu bu sanksiyalara görə cavab tədbirləri ilə hədələyib.(report.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO