Gürcüstanda yaşayan azərbaycanlılar Şuşanın azad olunmasını qeyd ediblər

Gürcüstanda yaşayan azərbaycanlılar Şuşanın azad olunmasını qeyd ediblər

Hazırda oxunan: Gürcüstanda yaşayan azərbaycanlılar Şuşanın azad olunmasını qeyd ediblər

2274

Gürcüstanda yaşayan soydaşlarımız Azərbaycan Ordusunun Şuşa şəhərini işğaldan azad etməsini böyük coşqu ilə qeyd ediblər.

Bizim.Media xəbər verir ki, Marneuli şəhərinin küçələrində üzərində Azərbaycan, Gürcüstan və Türkiyənin bayraqları asılmış avtomobillərlə yürüş təşkil olunub. Əllərində bayraqlar tutmuş sakinlər də “Yaşasın Azərbaycan Ordusu!”, “Yaşasın Azərbaycan Prezidenti!”, “Qarabağ Azərbaycandır!”, “Azərbaycan-Gürcüstan-Türkiyə qardaşlığı əbədidir!” şüarlarını səsləndiriblər.
Daha bir bayram tədbiri Qardabani rayonunun Qaracalar kəndində də qeyd olunub.

Bu münasibətlə böyük bayram süfrəsi açılıb.

El ağsaqqalları, ziyalılar Şuşanın azad olmasına çox sevindiklərini və yaxın vaxtda bütün Qarabağın işğaldan azad olunacağına inandıqlarını bildiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO