Ötən ay azadlığa buraxılan dünyanın ən varlı ərəbi Əl Valid bin Talal Suriyanın paytaxtı Şam şəhərində yerləşən “Four Seasons” hotelindəki payını 115 milyon dollara satıb.
Talalın hoteldəki payını Suriya prezidenti Bəşər Əsədə yaxınlığı ilə tanınan iş adamı Samer Foza alıb.
Qeyd edək ki, Foza Suriyada müharibə başlayandan sərvətini artırıb. Son yeddi ildə o, bir çoxxa0 dövlət satınalmalarının qalibi olub. Samer Türkiyədə qızıl mədəninə sahibdir.
Səudiyə şahzadəsinə gəlincə, Talal bu hoteli satmaqla bağlı Səudiyyə Ərəbistanı hökumətinə hələ həbsdə olarkən söz verib. Səbəb hökumətin diplomatik münasibətlərin qaydasında olmadığı ölkələrə şahzadələr tərəfindən investisiya qoyulmasını istəməməsidir.(Oxu.Az)




































































































