Lyayendən XƏBƏRDARLIQ: Rusiya ilə sərhəddəki bu ölkələr təzyiqlə üzləşib?

Lyayendən XƏBƏRDARLIQ: Rusiya ilə sərhəddəki bu ölkələr təzyiqlə üzləşib?

Hazırda oxunan: Lyayendən XƏBƏRDARLIQ: Rusiya ilə sərhəddəki bu ölkələr təzyiqlə üzləşib?

216985

Avropa İttifaqı ölkələri regionun bir sıra dövlətlərinin görə biləcəyi fövqəladə tədbirləri müzakirə edirlər.

Bizim.Media Sputnik-ə istinadən xəbər verir ki, təfərrüatları Avropa sammitinin yekunlarına görə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen açıqlayıb.

Onun sözlərinə görə, söhbət Belarus və Rusiya ərazisi ilə həmsərhəd olan ölkələrdən gedir.

Məhz - Polşa, Baltikyanı ölkələr və Finlandiya. Siyasətçi əmindir ki, guya bu dövlətlər sərhəddə hansısa təzyiqlərlə üzləşirlər.

"Onların sərhədləri qorumaq üçün müvəqqəti olaraq qəbul edilə bilən təsirli müvafiq tədbirləri olmalıdır" - fon der Lyayen bildirib.

Bundan əvvəl irlandiyalı jurnalist Çey Bouz Avropa Komissiyasının rəhbərini Ukraynada baş verən kütləvi adam oğurluğu və qətlləri ört-basdır etməkdə ittiham edərək onu "von der yalançı" və qatil adlandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO