ABŞ qoşunlarının Nigerdən çıxarılması BAŞA ÇATDI

ABŞ qoşunlarının Nigerdən çıxarılması BAŞA ÇATDI

Hazırda oxunan: ABŞ qoşunlarının Nigerdən çıxarılması BAŞA ÇATDI

205277

ABŞ hərbi qüvvələrinin Nigerdən çıxarılması başa çatıb. Onlar son bazaları üzərində nəzarəti yerli silahlı qüvvələrə təhvil veriblər.

Bizim.Media xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

İlkin planlara görə, ABŞ-ın Nigerdən tam çıxışı sentyabrın 15-dək başa çatmalı idi. Lakin bu gün artıq amerikalı hərbçilər Nigerin şimalındakı Aqades şəhərində yerləşən 201 saylı hava bazasını tərk ediblər. Onlar, həmçinin silah və "həssas texnologiyaları" da çıxarıblar.

Bundan əvvəl iyul ayında onlar Niameydəki 101 saylı hərbi hava bazasını tərk etmişdilər.

Bildirilir ki, ABŞ-ın Nigerdəki səfirliyində inzibati məsələləri həll etmək üçün müəyyən müddət ərzində az sayda hərbçi qalacaq.

Qeyd edək ki, ABŞ kontingentinin çıxarılması ilə bağlı razılıq bu il mayın ortalarında əldə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO