ABŞ Dövlət Departamentindən “erməni soyqırımı” açıqlaması

ABŞ Dövlət Departamentindən “erməni soyqırımı” açıqlaması

Hazırda oxunan: ABŞ Dövlət Departamentindən “erməni soyqırımı” açıqlaması

19683

ABŞ Prezidenti Co Baydenin 24 aprel açıqlaması Türkiyənin suveren toxunulmazlığına təsir etmək məqsədi daşımır. 

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən “Anadolu” agentliyinin müxbirinə daxil olan yazılı açıqlamada bildirilib. 
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ dövlət katibi: "Bayden Türkiyəni günahlandırmayıb" 


“ABŞ Prezidentinin son açıqlaması ABŞ məhkəmələrinin mülki yurisdiksiyası qarşısındakı Türkiyənin suveren toxunulmazlığına təsir etmək məqsədi daşımayıb, bu vəziyyət Xarici Dövlət Toxunulmazlığı Qanunu ilə tənzimlənməkdədir”, - deyə açıqlamada qeyd olunub. 

Qeyd edək ki, ABŞ Prezidenti Co Baydenin 24 apreldə etdiyi açıqlamasında 1915-ci il hadisələri ilə bağlı “soyqırım” ifadəsini işlətməsinə Türkiyə tərəfi sərt reaksiya verib. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO