Ermənistan ataları cəbhəyə getməyən körpələrin kimliyini təsdiq etmir

Ermənistan ataları cəbhəyə getməyən körpələrin kimliyini təsdiq etmir

Hazırda oxunan: Ermənistan ataları cəbhəyə getməyən körpələrin kimliyini təsdiq etmir

1956

Ermənistanda ataları Qarabağ döyüşlərinə könüllü yazılmayan yeni doğulmuş körpələrə doğum şəhadətnamələri verilmir.

Bizim.Media xəbər verir ki, bu barədə erməni vəkil Robert Ayrapetyan öz “Facebook”səhifəsində  yazıb.

Hüquqşünas Ermənistan rəhbərliyini şantaj üsulundan istifadə etməkdə ittiham edib.

“Siz hər dəqiqə vətənpərvərlikdən danışırsınız, yalnız zəiflərinizə qarşı ikiüzlülük göstərirsiniz. Uşağı dünyaya gələn gün bir insana necə deyə bilərsən ki, doğum haqqında şəhadətnaməni yalnız döyüşlərə könüllü qatılmaq və bu barədə bir sənəd gətirmək şərti ilə verəcəyik? Bu adamın arvadını və uşağını əsir saxlamısınız, yoxsa onunla danışıqlar masasına oturmağa qərar vermisiniz? Sizin beyniniz varmı? Yoxsa onun yerinə hava döşəyi yerləşdirilib?”,- deyə erməni vəkil qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO