Hicaba qadağa qoymuş məktəb direktoru İFLİC OLDU - FOTO

Hicaba qadağa qoymuş məktəb direktoru İFLİC OLDU - FOTO

Hazırda oxunan: Hicaba qadağa qoymuş məktəb direktoru İFLİC OLDU - FOTO

191962
Müəllimə və qız şagirdlərin hicab geyinməsinə qarşı çox fəal şəkildə çıxış edən, ötən dərs ilində hicaba qadağa qoyulması haqda əmr imzalamış məktəb rəhbəri xa0yeni dərs ilinin ilk günündə birbaşa iş otağından xəstəxanaya aparıldı.xa0

Moderator.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, olay Mordoviya Respublikasının Belozerye kəndində baş verib. xa0Respublikada hicabla bağlı vəziyyəti işıqlandıran bloqer Rasul Tavdiryakovun yaydığı xəbərdə deyilir ki, illərlə məktəbə baş örtüyü ilə gələn müəllimə və qız şagirdləri acılayan direktor Vera Lipatova insult keçirib.xa0


Müsəlman tatarların kompakt yaşadığı Belozerye kəndinin orta məktəbində hicabla bağlı qalmaqal 2016-cı ilin dekabrında başlayıb. Həmin vaxt məktəbə yenicə direktor təyin olunmuş Vera Lipatova xa0qadın və qızlara müəssisə ərazisinə xa0hicabla daxil olmağı qadağan edən əmr imzalayıb. Mordoviya təhsil nazirinin müavini Qalina Yavkina xa0Belozerye kənd məktəbi müəllimlərinin Yeni il qabağı xa0yığıncağında çıxış edərkən baş örtüyünə qadağanı belə izah etmişdi:”x9dArtıq nə kəndin icra nümayəndəsi, nə də xa0məktəb direktoru hər xa0bir başı örtüklü pedaqoqa görə saatlarla başçı(Mordoviya rəhbəri nəzərdə tutulur-S.L.) qarşısında hesabat verməyə hazırlaşır...”x9dxa0

Bir qrup müəllimə müsəlmanların xa0 inancına zidd olmasına və ayrı-seçkiliyə yol verməsinə görə məktəb direktorunun tələblərini yerinə yetirməkdən imtina edərək məhkəməyə üz tutublar. Pedaqoqlar onlara vurulmuş mənəvi ziyana görə direktorun hər birinə xa05 min rubl ödəməsini tələb ediblər. Lakin məhkəmə şikayətçilərin bütün iddialarını rədd edib.xa0

Sultan Laçın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO