Ermənistanda 8 hərbiçi intihar faktı ilə əlaqədar istintaqa cəlb olundu

Ermənistanda 8 hərbiçi intihar faktı ilə əlaqədar istintaqa cəlb olundu

Hazırda oxunan: Ermənistanda 8 hərbiçi intihar faktı ilə əlaqədar istintaqa cəlb olundu

189561
“Ando”x9d kimi tanınan hərbi qulluqçunun intihar etməsi ilə bağlı Ermənistanın daha 8 nəfər hərbi qulluqçu istintaqa cəlb olunub.

Bu barədə "Report" Ermənistan mətbuatına istinadən xəbər verir.

Ermənistan mətbuatının xəbər verdiyi kimi avqustun 20-də hərbi hissənin ərazisində avtomatı çənəsinə söykəyərək intihar etmiş 1991-ci il təvəllüdlü Andranik Mkrtçyanın ölümü səbəbindən “özünü öldürmə həddinə çatdırılma”x9d maddəsi ilə açılan cinayət işi üzrə istintaq davam edir. Ermənistan İstintaq Komitəsinin Hərbi İstintaq Bas İdarəsinin Xüsusi Mühüm İşlər Üzrə İstintaq İdarəsinin bildirdiyinə görə, təkcə bir epizod üzrə Yerevan yaxınlğında olan hərbi bazada Andranik Mkrtçyanla birlikdə xidmət edən 8 nəfər hərbi qulluqçu istintaqa cəlb olunub.

Andranik Mkrtçyanın intihar etməsindən sonra başlanan cinayət işinin belə ajiotaj doğurmasına səbəb “Ando”x9dnun başqa hərbçilərlə birlikdə gənc əsgərləri mütəmadi olaraq işgəncələrə və cinsi istismara məruz qoymasıdır.

İstintaq İdarəsininin əməkdaşlarının bildirdiyinə görə, Andranik Mkrtçyanın - “Ando”x9dnun və onunla birlikdə xidmət edən digər hərbçilərin işğal olunmuş Kəlbəcərdə döyüş postunda törətdikləri başqa cinayət əməlləri də araşdırılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO