Bütün dünya uzun illər bu yalanlara aldanıb- Hiylə və müəmma...

Bütün dünya uzun illər bu yalanlara aldanıb- Hiylə və müəmma...

Hazırda oxunan: Bütün dünya uzun illər bu yalanlara aldanıb- Hiylə və müəmma...

187290

Moderator.az bütün dünyanın uzun illər həqiqət kimi qəbul etdiyi, qeyri-adiliyinə inandığı, lakin sonradan heç də elə olmadığı anlaşılan faktları təqdim edir:

1-"Qəzaya düşən" UFO-xa0ABŞ-ın Nyu Mexiko ştatında guya qəzaya düşən UFO gəmisindən çıxarılan yadplanetli şəkli bütün dünyanı heyrətləndirdi. İngilis alim Ray Santini 1947-ci ildə, qəzadan həmən sonra çəkdiyini iddia etdiyi fotonu 1995-ci yayımladı. Dünya ictimaiyyəti düz 11 il bu yalana uydu, fotonun həqiqətən də yaralı UFO-ya aid olduğunu sandı. Lakin gerçəklər gec-tez üzə çıxdı və Rayın yalanı aşkarlandı. Fotonun da saxta olduğu bilindi:


2-"Kardif divi"- Kardif şəhərindəki bir bağçada aparılan qazıntı işləri zamanı fəhlələr uzunluğu 3 metrdən çox olan nəhəng cəsəd aşkarlayırlar. Xarici görünüşünüə görə bədheybəti xatırladan varlığa div adı verib, onun İncildə adıçəkilən divlərdən biri olduğuna inanırlar. Lakin çox keçmir ki, insanların inandığı bu faktla bağlı həqiqət üzə çıxır. Məlum olur ki, Corc Hull adlı bir ateist dini mətnləri ələ salmaq üçün özü şəxsən həmin "div"i hazırlatdıraraq, torpağa basdırıbmış:


3-Eynşteyn yalanı - Dahi alimin böyüklüyünə şübhə etməyən şəxslər onun uşaqlığı ilə bağlı bir sıra əsassız iddialar irəli sürüb. Bu mülahizələr zaman-zaman mütəmadi hal alıb. Məsələn, artıq dünyada hamı bilir ki, dünyanın ən böyük alimlərindən olan Eynşteyn məktəbdə dərslərindən zəif qiymət alıb, xa0riyaziyyatı isə ümumiyyətlə, çox zəif bilib. Lakin bu, təbii ki, dünyanın inandığı bir uydurmadır. Eynşteyn doğrudur ki, çox gec-8 yaşında dil açıb. Lakin məktəbdə dərslərinə münasibəti hər zaman yüksək səviyyədə olub:


4-"Daş dövrünün qəbiləsi" - Filippinin ucqarlarında yaşayan Tasadey qəbiləsinin hələ də daş dövründə qaldığı uzun illər iddia edildi. Oradakı insanların hələ geyim və sığınacaq anlayışlarından tamamilə xəbərsiz olmaları da deyilirdi. Bunu Filippinin bir xa0naziri də təsdiqləmişdi. Lakin qəbiləyə maraq göstərən arxeoloqlar onlara qonaq olduqdan sonra "daş dövrü insanları"nın nəinki geyimdən, hətta radiodan da xəbərdar olduğunu üzə çıxarmışlar:

xa0
Hazırladı: Elmin
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO