İstanbuldakı yanğında ölənlərin sayı 27-yə çatdı - YENİLƏNİB/FOTO/VİDEO 

İstanbuldakı yanğında ölənlərin sayı 27-yə çatdı - YENİLƏNİB/FOTO/VİDEO 

Hazırda oxunan: İstanbuldakı yanğında ölənlərin sayı 27-yə çatdı - YENİLƏNİB/FOTO/VİDEO 

185314

İstanbulda obyektdə baş verən yanğında ölənlərin sayı 27 nəfərə çatıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.  

Hadisə nəticəsində ağır yaralanan şəxsin müalicəsi davam edir. 

Yanğının söndürülməsinə 31 yanğınsöndürmə maşını və 86 nəfər personal cəlb olunub. Hazırda yanğın söndürülüb. Hadisə ilə bağlı 5 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. 
 
*** 16:46

Türkiyədə İstanbulun Şişli rayonunda 16 mərtəbəli binada yanğın nəticəsində ölənlərin sayı 10-a çatıb. 

Bizim.Media xəbər verir ki, məlumatı “TRT Haber” yayıb. 

Məlumata görə, 7-si ağır olmaqla 13 nəfər yaralanıb. 

İstanbul valiliyi hadisə ilə bağlı araşdırma başladıb. 

*** 15:50

Türkiyənin İstanbul şəhərində 16 mərtəbəli binada yanğın baş verib. 

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğın hadisəsi Şişli rayonunda olub. 

Nəticədə 3 nəfər ölüb, 1 nəfər yaralanıb. Bildirilib ki, yanğın binanın alt mərtəbəsində yerləşən obyektdə baş verib. 

Əraziyə yanğınsöndürənlər cəlb olunub. Hadisənin səbəbi hələlik məlum deyil. 









Bizim.Media

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO