Rusiyanın Moskva vilayətinin Fryazino şəhərində bir nəfər əlində bıçaqla kompüter klubuna hücum edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Shot” teleqram kanalı məlumat yayıb.
Hadisə dünən axşam saatlarında baş verib. Məlumata görə, o, 3 nəfəri yaralayıb. Əlində bıçaq olan şəxs əvvəlcə girişdə dayanan kişilərə hücum edib. Bundan sonra o, müəssisəyə daxil olaraq daha iki nəfəri bıçaqlayıb.
Hücum edən şəxs artıq saxlanılıb və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dindirilir.
Bizim.Media