Daha bir Avropa ölkəsi Rusiya ilə müharibəyə HAZIRLAŞIR

Daha bir Avropa ölkəsi Rusiya ilə müharibəyə HAZIRLAŞIR

Hazırda oxunan: Daha bir Avropa ölkəsi Rusiya ilə müharibəyə HAZIRLAŞIR

177519

Norveçin müdafiə naziri Byorn Arild Qram Ukraynada müharibə başa çatdıqdan sonra Rusiya ilə mümkün hərbi münaqişəyə hazır olmağa çağırıb.

Bizim.Media xəbər verir ki, o bu barədə “İltalehti”yə müsahibəsində bildirib  .

"Norveç mümkün münaqişəyə hazırlaşmalıdır", - deyə Norveçin müdafiə naziri qeyd edib.

Onun sözlərinə görə, ölkə təhdidlərə “vaxtında və müttəfiqlərlə birlikdə reaksiya verməyi” bacarmalıdır. Qramın fikrincə, Rusiya NATO-ya daxil olduqlarına görə Finlandiya və İsveçdən qisas almaq istəyir:

"Biz Rusiyanın Finlandiya və İsveçin alyansa qoşulmasına cavab olaraq öz qüvvələrini  hərəkətə keçirməsinə hazır olmalıyıq".

Qeyd edək ki, daha əvvəl Danimarkanın müdafiə naziri Troels Lund Poulsen demişdi ki, Rusiya yaxın 3-5 il ərzində NATO ölkələrinə hücum edə bilər.
Onun sözlərinə görə, belə hadisələrlə əlaqədar olaraq Danimarka hərbi sahəyə investisiyaları sürətləndirməlidir, çünki Rusiyanın hərbi potensialı xeyli artıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO