Yaponiyada zəlzələdə ölənlərin sayı 62-yə çatdı - VİDEO

Yaponiyada zəlzələdə ölənlərin sayı 62-yə çatdı - VİDEO

Hazırda oxunan: Yaponiyada zəlzələdə ölənlərin sayı 62-yə çatdı - VİDEO

171833

Yaponiyanın mərkəzi hissəsindəki İşikava prefekturası sahillərində yanvarın 1-də baş verən 7,6 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 62-yə çatıb.

Bizim.Media Yaponiya mediasına istinadən xəbər verir ki, hazırda təbii fəlakət bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir.

Xeyli dağılmış tikili olduğu üçün dağıntılar altında hələ də insanların ola biləcəyi ehtimalı böyükdür.

Baş nazir Fumio Kişida jurnalistlərə açıqlamasında hökumətin dağıntı altında qalanların xilası üçün bütün qüvvəsini səfərbər etdiyini, xilasedicilərin zamanla yarışdığını deyib. O, zəlzələnin ziyan vurduğu bölgədə yaşayanların və təxliyə edilənlərin lazımi məişət ləvazimatları və ərzaqla təchizatı üçün müvafiq qurumlara göstəriş verildiyini bildirib.

Yaponiyanın Meteorologiya Agentliyi isə qarşıdakı günlərdə gözlənilən yağışın təbii fəlakət bölgəsində torpaq sürüşmələrinə səbəb ola biləcəyini açıqlayıb.

Qeyd edək ki, Yaponiyanın Meteorologiya Agentliyi yanvarın 1-də İşikava prefekturasının Noto yarımadası yaxınlığında, Yapon dənizində bir neçə yeraltı təkanın qeydə alındığını, onlardan ən güclüsünün yerli vaxtla saat 16:10-da 7,6 bal gücündə olduğunu açıqlayıb.

Zəlzələ ölkənin şimal, cənub və mərkəzindəki yaşayış məntəqələrində, o cümlədən paytaxt Tokioda da hiss olunub.

Agentlik yanvarın 2-də güclü sunami xəbərdarlığını ləğv etsə də, ölkənin mərkəzi hissəsində qarşıdakı günlərdə güclü yeraltı təkanların ola biləcəyini açıqlayıb. Sakinlərə ehtiyatlı olmaq, sahil və çaylardan uzaq durmaq, müvəqqəti olaraq təhlükəsiz ərazilərə təxliyə tövsiyə edilib.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO