Qasırğa bu şəhərin görməli yerlərindən birini qırdı

Qasırğa bu şəhərin görməli yerlərindən birini qırdı

Hazırda oxunan: Qasırğa bu şəhərin görməli yerlərindən birini qırdı

169481

Argentinanın paytaxtı Buenos-Ayresdə qasırğa şəhərin əsas görməli yerlərindən birini – mexaniki çiçək “Floralis Xenerica”nı qırıb.

Bizim.Media xəbər verir ki, bu barədə TASS-ın müxbiri hadisə yerindən məlumat verib.

Təbiət hadisəsinin gücündən çiçəyin altı ləçəyindən biri yerə düşüb.

Obyekt şəhərə onun yaradıcısı argentinalı memar Eduardo Katalano tərəfindən bağışlanıb və 2002-ci ildə quraşdırılıb. 
Müəllifin sözlərinə görə, hidravlik sistem vasitəsilə hündürlüyü 20 m, çəkisi 18 ton olan gül hər gün ləçəklərini açıb-bağlamalı idi, lakin nasazlıqlar səbəbindən son illər mexanizm hərəkətsiz şəkildə qapalı və ya açıq qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO