Perm Dövlət Universitetinin müasir xarici dillər və ədəbiyyat fakültəsində oxuyan 25 yaşlı çinli tələbə Duan Jingzhi PROGorod portalına Rusiyadakı həyat və ruslarla bağlı stereotiplərdən danışıb.
Bizim.Media xəbər verir ki, o, hələ də rus dilini öyrəndiyini və bu dilin çox çətin olduğunu deyib.
“Mənası anlaşılmayan frazeoloji ifadələr var. Vurğu və hallar da çətinlik yaradır”, deyə o, qeyd edib.
Duan rus mətbəxini çox sevmədiyini etiraf edir:
“İçində ədviyyat yoxdur. Buna görə Yekaterinburqdan ədviyyat sifariş etməlisən, bu, o qədər də sərfəli olmur”.
Rus tətillərinə gəldikdə, Duan onları da başa düşmür və hətta bəzilərini ekstrim hesab etmir.
“Soyuq suya girməyi həddindən artıq ekstremal məşğuliyyət hesab edirəm. İnsanların, xüsusən də uşaqların buna necə dözdüyünü anlamıram”. Tələbə bildirib.
Duanın fikrincə, ruslar üçün bütün şərqi asiyalılar bir-birinə bənzəyir və ona çox vaxt koreyalı deyirlər. Bu da onu çox hirsləndirir. Düzdür, çinlilər üçün bütün ruslar da eynidir.
Rusiyanın sakinləri ilə bağlı Çində müəyyən stereotiplər də mövcuddur. Hesab edirlər ki, ruslar həmişə sərxoş olur, bədənləri çox tüklüdür, baxışları da "köhnədir”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:08 / 18.03.2021
Perm şəhərində oxuyan çinli tələbə: “Ruslar həmişə sərxoş olur”
Hazırda oxunan: Perm şəhərində oxuyan çinli tələbə: “Ruslar həmişə sərxoş olur”
Hazırda oxunan: Perm şəhərində oxuyan çinli tələbə: “Ruslar həmişə sərxoş olur”
15172
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.