QVİANA – Cənubi Amerikadakı son müstəmləkə, fransız cinayətkaların sürgün yeri...

QVİANA – Cənubi Amerikadakı son müstəmləkə, fransız cinayətkaların sürgün yeri...

Hazırda oxunan: QVİANA – Cənubi Amerikadakı son müstəmləkə, fransız cinayətkaların sürgün yeri...

146832

Dünyada müstəmləkəçiliyin izləri XXI əsrdə yaşamağımıza rəğmən hələ də silinməyib. Aktiv kolonizasiya siyasətini davam etdirən ölkələrin içərisində əsas yeri isə Fransa tutur.

Hələ orta əsrlərdə, böyük coğrafi kəşlər dönəmində başlayan müstəmləkəçiliyin əsas qurbanlarından biri də Cənubi Amerika oldu. Avropalıların sərvət dalıyca buraya axın etməsi, tarixin ən böyük soyqırımlarının yaşanması ilə nəticələndi.

Müxtəlif hesablamalara görə, Avropalılar tərəfindən öldürülən, yaxud da köhnə qitədən gələn xəstəliklərə immuniteti alışmayan 100 milyona yaxın hindu faktiki olaraq müstəmləkəçiliyin qurbanı olub.
 

MÖVZU İLƏ BAĞLI:

Parisin müstəmləkəçilik siyasəti Bakıda İFLASA UĞRADI


Cənubi Amerikada 300 ilə yaxın davam edən Avropa kolonializmi 19-cı əsrdə, demək olar ki, başa çatdı. Materikin böyük qismində yeni müstəqil dövlətlər yarandı. 

Yalnız Qvianadan başqa...

Materikdə fransızların işğalı altında olan yeganə ərazi olan Qviana qonşuları 200 ildir müstəqil olmasına baxmayaraq, hələ də Fransanın müstəmləkəçiliyi altındadır. 

Məlumat üçün qeyd edək ki, Qviananın ərazisi 83,5 kv.km, əhalisi isə 220 min nəfərə yaxındır. Cənubi Amerikanın şimalında yerləşən bölgənin paytaxtı Kayenna şəhəridir. 

Qviana 1499-cu ildə X.KoIumb tərəfindən kəşf edilib. 1604-cü ildə onun ərazisində ilk fransız müstəmləkəçilər məskunlaşıblar. 1635-ci ildə Fransanın müstamləkəsi elan edilib.

XVII - XIX əsrin əvvəllərində bu ərazi uğrunda hollandiyalılar, ingilislər və fransızlar arasında gedən rəqabət 1817-ci ildə Fransanın hakimiyyətinin qəti bərqərar olması ilə başa çatıb. 1946-cı ildən Fransanın dənizaşırı departamenti statusunu alıb.

1852-ci ildə Fransız Qvianası sürgün yerinə çevrildi. Paris kommunasının məğlubiyyətindən sonra buraya xeyli sayda kommunarlar sürgün olunub. Təxminən bir əsr Qviana sürgün yeri olaraq qaldı.

Quldarlığın ləğv olunması plantasiya təsərrüfatında işçi qüvvəsinin çatışmamazlığına gətirib çıxardı, bu da Fransa hökumətini immiqrasiya siyasətinə vadar etdi. 1852-ci ildən 1939-cu ilə qədər Fransadan müstəmləkəyə 70 mindən artıq məhbus gətirilib.
Bu isə bölgənin demoqrafiyasına ciddi təsir edib. Hazırda fransızlar bölgədə say tərkibinə görə 2-ci böyük etnos statusundadırlar.

Varlıq içərisində yoxluq...

Qviana zəngin təbiətə və sərvətlərə malikdir. Bölgədə böyük qızıl və boksit yataqları var. Qvinada ildə 12 ton qızıl hasil olunur. Digər tərəfdən bölgə Fransa üçün böyük strateji əhəmiyyətə malikdir. Fransa ordusunun əksər hərbi təlimləri, xüsusi təyinatlıların kursları və silahların sınaqları məhz Qvianada baş tutur.

Qviana xalqı isə Fransa müstəmləkəçiliyindən narazıdır. Bu narazılıq 2017-ci ildə özünü küçə nümayişlərində göstərdi. 20 mindən çox insanın qatıldığı aksiyalarda əsas tələb isə sosial narazılıqlardır. 

Etirazçılar haqsız sayıla bilməz. Ona görə ki, Fransanın digər bölgələri ilə müqayisədə, Qvianada cinayət və xəstəlikdən ölüm sayı 3 dəfə çoxdur. Əmək məhsuldarlığı olan əhalinin 23 faizi, gənclərin isə 40 faizi işsizdir.

Digər tərəfdən ölkədə rəsmi pul vahidi avrodur. Qiymətlər isə Avropa standartları səviyyəsindədir. Bu qədər işsizliyin və yoxsulluğun olduğu ölkədə belə bir vəziyyətin hökm sürməsi əhalinin durumunu daha da ağırlaşdırır.

Eyni zamanda avronun dəyərli olması, Qviananın digər Cənubi Amerika ölkələrinə ixrac imkanlarına da ciddi zərbə vurur.

Bununla yanaşı, fransızların yerli xalqların dilinə və mədəniyyətinə qarşı təzyiqləri də qvianalıları narazı salır.

Qeyd edək ki, 7 ilə yaxındır, Qvianada “500 qardaşlar” adlı təşkilat fəaliyyət göstərir. Onların əsas məqsədi Fransa işğalçılığına son qoymaqdır. 

Xatırladaq ki, iyulun 6-da Bakıda keçirilən “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusunda keçirilən tədbirdə Qvianadan olan nümayəndələr də iştirak etmişdilər. Milli Assambleyanın deputat Jan-Viktor Kastor çıxışı zamanı ölkəsində işğalın davam etdiyini və təbii sərvətlərinin Fransa tərəfindən talan edildiyini dilə gətirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO