Nazir: “Azərbaycanla Britaniya arasındakı münasibətlər uzun illərdir dostluğa əsaslanır”

Nazir: “Azərbaycanla Britaniya arasındakı münasibətlər uzun illərdir dostluğa əsaslanır”

Hazırda oxunan: Nazir: “Azərbaycanla Britaniya arasındakı münasibətlər uzun illərdir dostluğa əsaslanır”

142846

“Azərbaycan ilə Böyük Britaniya arasındakı münasibətlər uzun illərdir dostluq, strateji tərəfdaşlıq və qarşılıqlı etimada əsaslanır”. 

Bizim.Media report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda Böyük Britaniya Kralı III Çarlzın rəsmi ad günü münasibətilə keçirilən tədbirdə deyib. 

Nazirin sözlərinə görə, bu gün Azərbaycan Prezidenti İlham Əliyev ölkələr arasında əlaqələrin inkişafına xüsusi diqqət yetirir:

“Ötən il ikitərəfli ticarət dövriyyəsi 55% artıb. Əlaqələrin fəal inkişafının əsas istiqamətlərindən biri də energetikadır”. 

P.Şahbazov Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və minalardan təmizlənməsi prosesində Böyük Britaniyanın oynadığı mühüm rolu da vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO